RU

Putin ona yeni VƏZİFƏ VERDİ

Rusiya Prezidenti Vladimir Putin Rusiya Federasiyasının Hərbi-Sənaye Komissiyasının Kollegiyasının tərkibində dəyişikliklər edilməsi barədə fərman imzalayıb. Müvafiq sənəd 10 sentyabr 2014-cü il tarixli, 628 nömrəli fərmanla təsdiq olunmuş Kollegiya tərkibinə dəyişiklik edilməsini nəzərdə tutur.

KONKRET.az xəbər verir ki, imzalanmış fərmana əsasən Kollegiyanın tərkibinə Moskva meri Sergey Sobyanin və Moskva Hökumətində merin müavini, Moskva meri və hökumətinin aparat rəhbəri vəzifəsini icra edən Natalya Serqunina (razılaşma əsasında) daxil edilib.

Sənəddə göstərilir ki, dəyişikliklər Rusiya Federasiyasının Hərbi-Sənaye Komissiyasının Kollegiyasının fəaliyyətinin təşkili ilə bağlıdır və fərman rəsmi dərc edildikdən sonra qüvvəyə minib.

Natiq Səlim,
KONKRET.az

Избранный
22
konkret.az

1Источники