Ukrayna Təhlükəsizlik Xidməti fevralın 11-də Kiyevin mərkəzi küçələrindən birində, qurumun obyektlərindən birinin yaxınlığında baş vermiş avtomobil partlayışı ilə bağlı iki nəfəri saxlayıb.
Leqal.info xəbər verir ki, bu barədə Ukrayna polisi məlumat yayıb.
İstintaqın versiyasına əsasən, saxlanılan şəxslər partlayışı Rusiya xüsusi xidmət orqanlarının sifarişi ilə həyata keçiriblər.
Məlumata əsasən, sifarişin icrasında Ukrayna Silahlı Qüvvələrinin 47 yaşlı hərbi qulluqçusu da iştirak edib. O, Sumı vilayətində xidmət etdiyi hərbi hissəni özbaşına tərk edib və daha sonra Ukraynanın qərb bölgələrində gizlənib.
İstintaq materiallarına əsasən, saxlanılan iki nəfər partlayıcı qurğunu yaralı hərbçilərin daşınması üçün təchiz edilmiş furqona yerləşdiriblər.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Leqal.info
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта