ain.az xəbər verir, Footbal-plus saytına əsaslanaraq.
Son vaxtlar Robert Levandovskinin gələcəyi ilə bağlı müxtəlif şayiələr dolaşırdı. O, artıq bu mövzuda qərar qəbul edib."Football-plus.az" xəbər verir ki, İspaniya mənbələrinin məlumatına görə, 37 yaşlı hücumçu karyerasını “Barselona”da davam etdirməyə üstünlük verir. Robert klubda martda keçiriləcək prezident seçkisindən sonra gələcəyi ilə bağlı qərarını rəhbərliyə bildirəcək. Polşalı futbolçu “Barselona”da qalmaq üçün maaşının azaldılmasına da razıdı. Xəbərlərdə karyerasının qürub çağında Robertə puldan daha çox sabitlik lazım olduğu qeyd olunur.Levandovski cari mövsümdə bütün turnirlərdə 28 oyunda meydana çıxıb, 13 qol vurub və 3 məhsuldar ötürmə verib. Onun klubla müqaviləsinin müddəti iyunun 30-na qədər nəzərdə tutulub.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.