RU

Astana Rusiyanın qovduğu Saburova qarşı istintaq başlatdı

ain.az, Axar.az portalına istinadən məlumatı açıqlayır.

Qazaxıstan Milli Təhlükəsizlik Komitəsi komediya ustası Nurlan Saburova qarşı Qazaxıstan Cinayət Məcəlləsinin muzdluluqla bağlı 170-ci maddəsinin pozulması əsasında istintaq başlayıb.

Axar.az xəbər verir ki, bu barədə “Tenqri Nyus” məlumat yayıb.

Məlumata görə, istintaqa qazaxıstanlı fəal Marat Turımbetovun Saburovun “Vaqner” özəl hərbi şirkətinə 10 ədəd motosiklet təhvil verdiyini əks etdirən video ilə bağlı Baş Prokurorluğa verdiyi şikayət səbəb olub.

Qeyd edək ki, Saburov Rusiyanın ən populyar stendapçılarından biri və “Sonra nə baş verdi?” adlı Yutub şousunun aparıcısıdır. Onun Rusiyaya girişi 50 il müddətinə qadağan edilib. Qadağa Rusiyanın Ukraynada apardığı müharibənin tənqidi, eləcə də miqrasiya və vergi qanunlarının pozulması ilə bağlıdır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
61
axar.az

1Источники