ain.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Ukraynalı dizaynerlər ABŞ-ın təzyiqə görə İran üçün üzərində işlədikləri Sovet T-72 tankının modernləşdirilməsini dayandırıblar.
Globalinfo.az xəbər verir ki, bu iddia ilə “Military Informant” teleqram kanalı çıxış edib.
Məlumata görə, 1990-cı illərdə İran zirehli qüvvələrini modernləşdirmək üçün yollar axtarıb. Tehran Rusiyadan T-72M1 tankları alıb və yeni “Zülfikar” tankı üzərində işləməyə başlayıb. İslam Respublikası həmçinin Kiyev tərəfindən modifikasiya edilmiş T-72-lər almağı planlaşdırıb.
Kanal yazır ki, Xarkov dizayn bürosunun mühəndisləri T-72-ni Sovet T-80UD tankından yeni mühərrik bölməsi və qüllə ilə təchiz ediblər. Lakin “Xorrəmşəhr” adlanan bu layihə ABŞ-ın təzyiqi altında ləğv edilib.
Əliyar Xəlil
Globalinfo.az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.