RU

Ağdam şəhər 1 nömrəli tam orta məktəbdə tədris prosesinə başlanılıb (FOTO)

Ağdam. Trend:

Ağdam şəhər 1 nömrəli tam orta məktəbdə tədrisə başlanılıb.

Trend-in Qarabağ bürosu xəbərverir ki, tədrisin ilk günündə idarə müdiri Sənan Mənsimli məktəbdəolub, dərs prosesini izləyib.

İdarə müdiri sinif otaqlarında aparılan dərslərlə tanış olub,müəllim və şagirdlərlə söhbət apararaq onların tədris prosesi iləbağlı fikir və təkliflərini dinləyib.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyeviyulun 18-də 960 şagird yerlik Ağdam şəhər 1 nömrəli tam ortaməktəbin binasının açılışında iştirak edib. Məktəb binası işğaldanazad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramınınicrası çərçivəsində inşa olunub. Təhsil müəssisəsində 43 sinifotağı, 16 inzibati otaq, 7 otaqdan ibarət STEAM mərkəzi, müasirtexnoloji avadanlıqlarla təchiz edilmiş fizika, kimya və biologiyalaboratoriyaları, informatika və çağırışaqədərki hazırlıq otaqları,kitabxana və muzey fəaliyyət göstərir.

Bununla yanaşı, məktəbdə 352 yerlik yeməkxana, 468 yerlik aktzalı, iki qapalı idman zalı, həmçinin açıq havada futbol vəbasketbol meydançaları müəllim və şagirdlərin istifadəsinəverilib.

Ağdam
Ağdam
Ağdam
Ağdam
Ağdam
Ağdam
Ağdam
Ağdam
Ağdam
Ağdam
Məqalədə:
Избранный
48
4
az.trend.az

10Источники