RU

İsrail vətəndaşı İrana casusluq şübhəsi ilə HƏBS EDİLİB

Ajans.az TASS-a istinadən xəbər verir ki, İsrail polisinin mətbuat xidməti açıqlama yayıb. Bildirilir ki, Fares Əbu əl-Hiccə son həftələrdə polis və Baş Təhlükəsizlik Xidməti tərəfindən həyata keçirilən koordinasiyalı əməliyyat zamanı saxlanılıb. Məlumata görə, şübhəli İran kəşfiyyat orqanlarının maraqlarına uyğun hərəkət edib, yüksək vəzifəli məmur haqqında məxfi məlumat toplayıb və bunun qarşılığında pul kompensasiyası alıb. Hüquq-mühafizə orqanlarının məlumatında qeyd olunur ki, xarici agent İran kəşfiyyat zabiti kimi müəyyən edilib və Fares Əbu əl-Hiccə "yüksək vəzifəli məmur haqqında məlumat toplama missiyası" yerinə yetirərkən tutulub. Mətbuat xidməti əlavə edib ki, istintaq başa çatdıqdan sonra saxlanılan şəxsə 16 fevral tarixində rəsmi ittiham irəli sürülüb.

 

Избранный
75
Ajans.az

1Источники