RU

Netanyahunun ofisində HƏYƏCAN: Şübhəli zərfdən AMPULALAR ÇIXDI

Netanyahuya poçt vasitəsilə naməlum maddə olan ampulalar göndərilib.

İnterpress.az xəbər verir ki, bu barədə İsrail KİV-ləri məlumat yayıb.

İsrailin Baş naziri Benyamin Netanyahunun dəftərxanasının əməkdaşları şübhəli bir zərf aşkar ediblər.

“Maariv” nəşrinin məlumatına görə, zərfin içərisində naməlum maddə olan ampulalar tapılıb.

Dəftərxananın məsul bölməsi hadisə zamanı orada olanlar üçün heç bir təhlükənin yaranmadığını bildirsə də, zərf araşdırılması üçün laboratoriyaya göndərilib.

Hökumətin mətbuat katibi hadisəni təsdiqləməkdən imtina edərək, jurnalistlərin sorğularını İsrail polisinə yönləndirib. Polis hələlik ampulalarla bağlı məlumatları şərh etməyib.

Qeyd edək ki, 2025-ci ilin noyabrında da Baş nazirin ofisinə şübhəli bağlama daxil olmuşdu, lakin həmin vaxt onun tərkibində təhlükəli maddə aşkarlanmamışdı.

Xuraman Etibarlı

İnterpress.az

Избранный
78
interpress.az

1Источники