RU

Zaur Nəbioğludən Səidə Bəkirqızına CAVAB: “Döyüşdüyümü deməmişəm”

Milli.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Aparıcı Zaur Nəbioğlu efir vasitəsilə Səidə Bəkirqızının ünvanına səsləndirdiyi fikirlərə münasibət bildirib.

Milli.Az xəbər verir ki, 44 günlük Vətən müharibəsi ilə bağlı yayılan iddialara aydınlıq gətirib.

Zaur Nəbioğlu bildirib ki, heç vaxt müharibədə döyüşdüyünü iddia etməyib:

"Mən heç vaxt 44 günlük Vətən müharibəsində döyüşdüyümü deməmişəm. Mən jurnalist kimi həmin müharibənin 37 gününü döyüş bölgələrində olmuşam", - deyə aparıcı vurğulayıb.

O əlavə edib ki, müharibə dövründə 278 şəhid ailəsinin evini ziyarət edib və orada çəkilişlər aparıb. Nəbioğlu bu fəaliyyətini jurnalist borcu kimi yerinə yetirdiyini bildirib.

Aparıcının açıqlaması sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Milli.Az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
14
2
news.milli.az

3Источники