RU

Rusiya ordusu şəhər mərkəzi və bir yaşayış məntəqəsini işğal etdi

BAKI, 16 fevral. TELEQRAF

Rusiya ordusu Ukraynanın Donetsk vilayətinin Pokrovsk və Mirnoqrad şəhərləri arasında yerləşən Rovno qəsəbəsini işğal edib.

Teleqraf xəbər verir ki, bu barədə Ukraynanın “DeepState” monitorinq qrupu məlumat yayıb.

Bundan əlavə, Rusiya qoşunları Pokrovskun şimal-qərbində, Qrişin yaşayış məntəqəsinə doğru irəliləyiblər. Ruslar həmçinin Mırnoqradda da irəliləyərək, şəhər mərkəzindəki “boz zona”nın bir hissəsini ələ keçiriblər.

Qeyd edilib ki, Rusiya ordusu Mirnoqradın şimalındakı Rodinsk yaşayış məntəqəsinə doğru da irəliləyib, şəhərin şərq ərazilərində möhkəmlənməyə nail olub.

Избранный
82
teleqraf.com

1Источники