ain.az xəbər verir, Sitat.info saytına əsaslanaraq.
İsveçrədə Valais kantonunda 80 sərnişin daşıyan qatarı relsdən çıxıb.
Sitat.info xəbər verir ki, qəza səhər saat 7:00 radələrində Valais kantonundakı Qoppenşteyn yaxınlığında baş verib.
Bölgədəki polis təxminən 80 sərnişin daşıyan qatarın təxliyəsinin davam etdiyini və qəzanın dəqiq səbəbi və yaralıların sayı barədə ətraflı məlumatın hələlik verilmədiyini bildirib.
Federal Dəmir Yolları (FDQ) ərazidə baş verən qar uçqunu səbəbindən Qoppenşteyn və Briq arasındakı qatar hərəkətinin 17 fevral saat 4:00-dək dayandırıldığını açıqlayıb.
Aytac,
Sitat.info
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.