RU

Münhendəki epizod qısa, sərt və kübar üslubda idi - Rəy

Yazını böyüt
Yazını kiçilt

“Bir an içində səsləndirilmiş, lakin geniş ictimai-siyasi kontekstə bağlanan iki cümləlik cavabın olduqca təsirli və çoxqatlı mənası var”.

Bu barədə Hafta.az-a açıqlamasında siyasi şərhçi Əkbər Qoşalı Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Almaniyaya səfəri zamanı Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Avropada yaşayan azərbaycanlı jurnalistin sualına verilən cavabla bağlı bildirib.

Ə.Qoşalı hesab edir ki, sual şəxsi narazılıq və emosional motivlərlə ünvanlanmışdı:

“Adətən sual verən tərəf ya informasiya əldə etmək, ya da hadisə yaratmaq niyyətində olur. Münhen kimi nüfuzlu və protokol baxımından çərçivələnmiş bir beynəlxalq forumda informasiya alma ehtimalı məhdud olduğuna görə, burada əsas məqsədin özünü göstərmək, diqqət çəkmək və yüksək dövlət nümayəndəsinin nüfuzuna xələl gətirmək cəhdi olduğu qənaəti formalaşır.
Lakin Mehriban xanım dayanaraq sualı dinlədi, sualverənin kimliyini dəqiqləşdirdi və qısa, lakin son dərəcə dəqiq cavab verdi. Cavabın mərkəzində konkret, bioqrafik istinad dayanırdı. Bu, bir növ yaddaşın xatırladılması idi”.

Ə.Qoşalı hesab edir ki, verilən reaksiya bir neçə semantik qat daşıyır:

“Birinci, simvolik qat qısa və sərt tonda səslənən mesaj mahiyyət daşıyır və “biz sizi yaxşı tanıyırıq” ismarıcını ifadə edirdi. İkinci – psixoloji qat abstrakt “demokratiya” mövzusunda verilmiş sual konkret şəxsin keçmişi fonunda qiymətləndirildi. Yəni sualın legitimliyi dolayısı ilə sorğulandı: “Belə bir sualı vermək üçün sənin mənəvi əsasın varmı”. Üçüncü – kommunikativ qat sərt identifikasiyadan sonra “Sizə cansağlığı arzulayıram” ifadəsi ritorik balans rolunu oynadı. Bu, həm etik çərçivəni qorudu, həm də cavabı emosional polemikaya çevirmədən tamamladı”.

Ə.Qolalı beləliklə o qənaətin üzərində dayanr ki, ani situativ reaksiya özündə bir neçə mesajı ehtiva edir:

"Sualdan yayınma olmadı; qarşı tərəfin mövqeyi və legitimliyi işarə olundu; cavab qısa, konkret və dialoqu böyütmədən verildi. Bəzən bir cümlə uzun çıxışdan daha güclü rezonans doğura bilir. Münhendəki epizod da məhz belə idi – qısa, sərt və eyni zamanda kübar üslubda. Təsadüfi deyil ki, həmin cavab qısa müddətdə geniş müzakirə obyektinə çevrildi. Görünür, sualverən belə bir cavabı əvvəlcədən proqnozlaşdıra bilsəydi, bəlkə də bu addımı atmazdı. Çünki situasiya nəticə etibarilə onun gözlədiyindən fərqli məcrada inkişaf etdi”.

Tahirə Qafarlı

Избранный
13
hafta.az

1Источники