RU

“Vətəndaş cəmiyyəti” pərdəsi altında xarici təsir mexanizmləri ifşa olunur

Bakı. Trend:

Son dövrlərdə Azərbaycan cəmiyyətində müəyyən şəxslərinfəaliyyəti xarici diplomatların və siyasi mərkəzlərin diqqətiniçəkir. Ramiz Mehtiyev həlqəsi daraldıqca formalaşmış “yeraltısistem” çöküş mərhələsinə qədəm qoyur. Bu proses özünü daha çoxxarici ölkələrin təsir dairəsində olan şəxslərin son günlərmüşahidə olunan intensiv fəaliyyəti və çirkin ritorikasındagöstərir.

Özünü insan hüquqları müdafiəçisi kimi təqdim edən Emin vəMehman Hüseynov qardaşları ətrafında formalaşan beynəlxalq himayəmexanizmi ciddi suallar doğurur.

Normal halda hər hansı vətəndaşın ABŞ, İsveçrə, Polşa və digərsəfirliklərə sərbəst girib-çıxması mümkün deyil. Bunun fonundaHüseynovların diplomatlarla əlaqələrinin intensiv olması və onlaraxüsusi himayə göstərilməsi adi humanitar yardım çərçivəsini aşır.200 min manatdan çox vergi borcu olan bir şəxsin xarici diplomatikbinada uzun müddət gizlədilməsi və fərdi razılaşmaların aparılmasıbunun nümunəsidir.

Məsələni daha da diqqət çəkən edən fakt İsveçrənin o zamankıxarici işlər naziri Didier Burhalterin Emin Hüseynovu şəxsitəyyarəsi ilə ölkədən çıxarmasıdır. Diplomatiyada belə addımlaryalnız strateji əhəmiyyət daşıyan şəxslərlə bağlı həyata keçirilir.Hüseynovun ABŞ dövlət katibi Antoni Blinkenə “sadiq agent” kimitəqdim olunması iddiaları da təsadüfi deyil. Onun fəaliyyətiardıcıl şəkildə Azərbaycan dövlət institutlarını hədəf alannarrativlərin yayılması, ölkənin beynəlxalq imicinin zədələnməsi vədaxili sabitliyin şübhə altına alınması üzərində qurulub.

Eyni zamanda, İsveçrə və digər Qərb strukturlarının dünyadahumanitar fəlakətlərə selektiv yanaşması diqqət çəkir. Minlərləinsanın aclıq və zorakılıqdan əziyyət çəkdiyi bölgələrdə müdafiəmexanizmləri işə düşmədiyi halda, Emin Hüseynov kimi fiqurlarınprioritetə çevrilməsi ikili standartların açıq göstəricisidir.

Bu kontekstdə Emin və Mehman Hüseynov qardaşlarının sadəcə fəalvətəndaş olmadığı qənaəti formalaşır. Onlar xarici siyasimərkəzlərin Azərbaycana təsir alətlərindən biridir. Bu şəxslərüzərində qurulan himayə sistemi, diplomatik resursların səfərbəredilməsi və beynəlxalq platformalarda irəli sürülən anti-Azərbaycantezisləri bunu açıq şəkildə nümayiş etdirir. Nəticə etibariləsöhbət tək bir şəxsdən getmir.

Burada məqsəd daha genişdir: informasiya müharibəsi aparmaq,reputasiya zərbəsi vurmaq və daxili ictimai rəyə xaricdən müdaxiləetməkdir. Emin Hüseynov kimilər sadəcə bu strategiyanın görünənüzüdür. Onların fəaliyyəti və onlara göstərilən himayə xaricipatronajın Azərbaycan daxilində necə işlədiyinin aydınnümunəsidir.

Избранный
48
1
az.trend.az

2Источники