RU

Vüqar Qurbanovu vəzifədən azad edən MŞ üzvləri bunlardır - SİYAHI

Vüqar Qurbanovu vəzifədən azad edən MŞ üzvləri bunlardır - SİYAHI

TƏBİB Vüqar Cavanşir oğlu Qurbanovun İcraçı direktor vəzifəsindən azad edildiyini təsdiqləyib.

Bu barədə qurumun yaydığı məlumatda qeyd olunub. Bildirilib ki, bu qərar Müşahidə Şurası tərəfindən verilib.

Müşahidə Şurasının digər qərarı ilə TƏBİB-in İcraçı direktoru vəzifəsinin müvəqqəti icrası Anar İsrafilova həvalə edilib. Qeyd edək ki, TƏBİB-in Müşahidə Şurasının sədri Zaur Əliyevdir.

Bu gün Müşahidə Şurasının növbəti iclası keçirilərək sözügedən qərar qəbul edilib. Müşahidə Şurasının üzvləri aşağıdakılardır:

• İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri;

• Azərbaycan Respublikası səhiyyə nazirinin müavini;

• İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müavini;

• Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini;

• Səhiyyə İşçiləri Həmkarlar İttifaqının sədri.

Избранный
93
6
afn.az

7Источники