RU

Azərbaycanın xam neft ixracı yanvarda kəskin azalıb

Yanvarda ölkə 2 milyon 642 min 930,94 ton xam neft və neft məhsulu ixrac edib. İxracın dəyəri 1 milyard 238 milyon ABŞ dolları təşkil edib. Bu barədə Dövlət Statistika Komitəsindən bildirilib. 

2025-ci ilin yanvarı ilə müqayisədə xam neft ixracının həcmi 23,6 %, dəyəri isə 34,9 % azalıb.

Hesabat dövründə xam neft və neft məhsulları ölkənin ümumi ixracının 55,37 %-ni təşkil edib.

Yanvarda Azərbaycanın xarici ticarət dövriyyəsi 3 milyard 538 milyon ABŞ dolları olub. Bunun 2 milyard 236 milyon dolları ixracın, 1 milyard 302 milyon dolları idxalın payına düşüb.

İllik müqayisədə ümumi ixrac 26,4 %, idxal isə 36,5 % azalıb.

Aytac 

Избранный
78
1
anews.az

2Источники