Bu gün Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanovun vəzifəsindən azad edilməsindən sonra onun səlahiyyətlərinə hansı şəkildə xitam verilməsi məsələsi gündəmə gəlib.
Ölkə.Az-ın “Qafqazinfo”ya istinadən məlumatına görə, TƏBİB rəhbəri qurumun Müşahidə Şurası üzvlərinin qərarı ilə vəzifəsindən azad olunur. TƏBİB-in Müşahidə Şurasının sədri isə Zaur Əliyevdir.
Bu gün də Müşahidə Şurasının növbəti iclası keçirilərək müvafiq qərar verilib.
Müşahidə Şurasının üzvləri aşağıdakılardır:
• İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri;
• Azərbaycan Respublikası səhiyyə nazirinin müavini;
• İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müavini;
• Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini;
• Səhiyyə İşçiləri Həmkarlar İttifaqının sədri.