RU

Ukrayna ilə budəfəki danışıqlar fərqli olacaq: onlar da gəlir Peskov

GlobalInfo saytına istinadən ain.az xəbər verir.

“Rusiya Prezidenti Vladimir Putin Ukrayna münaqişəsinin tənzimlənməsi üzrə Cenevrədə baş tutacaq danışıqlardan əvvəl nümayəndə heyəti ilə daimi əlaqə saxlayır”. 

Globalinfo.az xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov deyib. 

“Cenevrədə müzakirə olunacaq məsələlərin dairəsi, o cümlədən ərazi məsələləri Əbu-Dabidəkindən daha geniş olacaq. Vladimir Medinskinin qarşıdan gələn danışıqlarda iştirakı vacibdir. Vladimir Medinski Rusiyanın Ukrayna üzrə nümayəndə heyətinin başçısı olaraq qalır. Əbu-Dabidəki raundlarda təhlükəsizlik məsələləri müzakirə olunduğu üçün iştirak etməyib. Cenevrədə isə heyət genişlənəcək — Medinski ilə birlikdə Qaluzin, Kostyukov və digər şəxslər də iştirak edəcək.

Növbəti danışıqlarda Ukrayna ilə bağlı əsas məsələlər, o cümlədən ərazi məsələləri müzakirə olunacaq. Rusiya prezidentinin xüsusi nümayəndəsi Kirill Dmitriyevin ABŞ ilə iqtisadi əməkdaşlıq üzrə işçi qrupu çərçivəsində təmaslar üçün Cenevrəyə uçacaq”, – Peskov bildirib.

Safura Bənnayeva

Globalinfo.az 

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
58
globalinfo.az

1Источники