Avtosfer saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
ABŞ hökuməti və Ətraf Mühitin Mühafizəsi Agentliyi (EPA) avtomobillərdə tətbiq olunan “Start-Stop” sisteminə verilən maliyyə təşviqlərini ləğv edib.
Avtosfer.az xəbər verir ki, rəsmi açıqlamada texnologiyanın birbaşa qadağan olunmadığı bildirilsə də, dövlət dəstəyinin dayandırılması istehsalçıların bu funksiyadan mərhələli şəkildə imtina etməsinə səbəb ola bilər.
İndiyədək “Start-Stop” sistemi karbon emissiyalarının azaldılması və yanacağa qənaət məqsədilə dəstəklənirdi. Lakin yüksək istehsal xərcləri və əlavə texniki komponentlər səbəbindən bu texnologiya hökumət təşviqləri olmadan avtomobil şirkətləri üçün iqtisadi baxımdan daha az cəlbedici görünür. Sənaye nümayəndələri hesab edirlər ki, yaxın illərdə sistem yeni modellərdə standart avadanlıq siyahısından çıxarıla bilər.
Qeyd edək ki, “Start-Stop” funksiyası nəqliyyat vasitəsi dayanarkən mühərriki avtomatik söndürür, hərəkətə başlanarkən isə yenidən işə salır. Ətraf mühitə müsbət təsir göstərdiyi bildirilsə də, bir çox sürücülər sistemi komfortun azalması, işəsalma və akkumulyator üzərində əlavə yüklənmə ehtimalı səbəbindən birmənalı qarşılamayıb və funksiyanı deaktiv etməyə üstünlük verib.
Mütəxəssislər bildirirlər ki, ABŞ kimi böyük avtomobil bazarında qəbul edilən bu qərar qlobal istehsal strategiyalarına da təsir göstərə bilər. ABŞ üçün nəzərdə tutulan modellərdə “Start-Stop” sistemindən imtina edilməsi miqyas iqtisadiyyatı baxımından Avropa və Asiya bazarlarında da oxşar sadələşdirmələrə yol aça bilər. Bu isə avtomobil sənayesində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir.
Eltac
Oxunub 20
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.