RU

Rusiya kosmosa nüvə başlıqlı raket göndərməyə hazırlaşır

Reyting.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

ABŞ hərbi komandanları Rusiyanın nüvə başlıqlı peykəleyhinə raketi orbitə buraxmasının qarşısını almaq məqsədilə müdafiə imkanlarını təkmilləşdirməlidirlər.

Reyting.az xəbər verir ki, bu barədə Atlantik Şurasının baş elmi işçisi və kosmik müdafiə üzrə ekspert Con Kleyn “Forbes” üçün yazdığı məqalədə bildirib.

Onun fikrincə, ABŞ Rusiyanın artan təcavüzkarlığına qarşı durmaq üçün bütün mümkün diplomatik vasitələrdən istifadə etməklə yanaşı, müharibəyə də hazırlaşmalıdır. Çünki diplomatik səylər nəticəsiz qala bilər.

C. Kleyn qeyd edib ki, Rusiyanın nüvə başlıqlı peykəleyhinə raketləri ABŞ ilə silahlı münaqişənin başlanmasında mühüm rol oynaya və ABŞ-nın kosmosdakı üstünlüyünü aradan qaldırmağa yönəlmiş gözlənilməz, asimmetrik zərbə vasitəsinə çevrilə bilər. Məsələn, Beynəlxalq Kosmik Stansiya yaxınlığında, aşağı Yer orbitində termonüvə döyüş başlığının partlaması stansiyanı yararsız hala salar və Qərb peyklərinin məhvi ilə nəticələnər.

Ekspert əlavə edib ki, Yerdən təxminən 400 kilometr yüksəklikdə partladılmış döyüş başlığı minlərlə ABŞ və müttəfiq peykini sıradan çıxara, bu orbital zolağı isə kosmik gəmilərin daxil olması üçün son dərəcə təhlükəli vəziyyətə sala bilər.

Kosmik müdafiə üzrə mütəxəssisin fikrincə, Kremlin ABŞ hökuməti tərəfindən 2024-cü ilin əvvəlində aşkarlanmış nüvə başlıqlı peykəleyhinə raket hazırlaması ABŞ və onun kosmik müttəfiqləri üçün ciddi təhlükə yaradır və bu cür silahlar aşağı Yer orbitinə yerləşdirilməzdən əvvəl məhv edilməlidir.

C. Kleyn vurğulayıb: “Rusiya və ya digər ölkələr tərəfindən nüvə silahlarının orbitə yerləşdirilməsi ilə bağlı istənilən təhdid, bu silahlar orbitə çatmazdan əvvəl aradan qaldırılmalı və ya zərərsizləşdirilməlidir”.

Onun sözlərinə görə, orbitdəki peykləri və astronavt postlarını təhdid edən belə bir “superbomba” ya buraxılışdan əvvəl, ya da raketdən müdafiə sistemləri, quru qüvvələri və kiber əks-tədbirlər kimi aktiv müdafiə vasitələrindən istifadə etməklə gücləndirici mərhələdə məhv edilməlidir.

Xatırladaq ki, bundan əvvəl Rusiyanın iki kosmik gəmisinin qitə üzərində ən azı on iki əsas Avropa peykinin rabitəsini ələ keçirdiyi barədə məlumat yayılmışdı. Avropa rəsmilərinin fikrincə, bu cür “ələ keçirmələr” təkcə peyklər vasitəsilə ötürülən məxfi məlumatların pozulmasına deyil, həm də Moskvaya onların trayektoriyalarını manipulyasiya etməyə, hətta qəzaya uğramalarına səbəb olmağa imkan verə bilər.

E. KAMAL

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
32
reyting.az

1Источники