RU

İran repressiya fonunda ilk dəfə İnsan Hüquqları Şurasına qoşulur

Ajans.az “Azad İran” Telegram kanalına istinadən xəbər verir ki, xəbəri BMT fəaliyyətini izləyən UN Watch təşkilatının icraçı direktoru Hillel Noyer açıqlayıb. Rəsmi məlumatda bildirilir ki, qərar 16 fevral 2026-cı il tarixindən qüvvəyə minəcək. Noyer qeyd edib ki, İranı bu yüksək vəzifəli komitədə təmsil edəcək şəxs Əfsanə Nadipur olacaq. İnsan hüquqları fəalı bu təyinatın təsadüfi olmadığını və ciddi narahatlıq doğurduğunu bildirib. Onun sözlərinə görə, Nadipur əvvəlki diplomatik karyerası ərzində İran hökumətinin nüfuzunu qoruyub, insan hüquqlarının kobud şəkildə pozulmasına dair hərəkətləri dəstəkləyib və haqlı çıxarıb. Əfsanə Nadipur əvvəllər İranın Danimarkadakı fövqəladə və səlahiyyətli səfiri olub və İran Xarici İşlər Nazirliyində Qərb ölkələri ilə münasibətlərə nəzarət edən yüksək vəzifələrdə çalışıb. Hillel Noyer bu təyinatla bağlı kəskin narazılığını ifadə edərək beynəlxalq ictimaiyyəti qərarı ləğv etməyə və Tehranın nümayəndəsini İnsan Hüquqları Şurasındakı vəzifəsindən dərhal uzaqlaşdırmağa çağırıb.  

 

Избранный
29
Ajans.az

1Источники