RU

Stoltenberq: “Ukraynanı silahlandırmaqda NATO gecikdi”

ain.az, Azvision saytına istinadən bildirir.

AzVision.az xəbər verir ki, Şimali Atlantika Alyansının keçmiş baş katibi, hazırda isə Norveçin maliyyə naziri Yens Stoltenberq belə deiyb. Onun sözlərinə görə, NATO müttəfiqləri Ukraynaya görünməmiş dəstək verib. Amma əsas səhv daha tez dəstək verməmək idi. Buna 2014-cü ildə başlamaq lazım idi. “Əgər biz bunu etsəydik, düşünürəm ki, 2014-cü ildən 2022-ci ildə hərbi əməliyyatların başlanmasına qədər bütün bu illər ərzində onları silahlandırsaq və öyrətsəydik, ukraynalılar indi daha çox öz ərazilərini nəzarətdə saxlaya və bəlkə də Rusiya ilə müharibənin qarşısını ala bilərdilər”, - Stoltenberq vurğulayıb. Xatırladaq ki, dünən Danimarkanın baş naziri Mette Frederiksen Ukraynaya silah tədarükü ilə bağlı qırmızı xətləri aradan qaldırmağa çağırıb. Frederiksen qeyd edib ki, Rusiya Avropa ilə sülh istəmir və yalnız güc amilini anlayır, lakin məhdudiyyətlərlə müharibəni udmaq olmaz. - Ukraynada hansı silahlardan istifadə oluna biləcəyi ilə bağlı hələ də qırmızı xətlər var. Dörd ilə yaxındır ki, bizim bu müzakirəmiz davam edir. Sadəcə, belinizdə bir neçə silah gəzdirməklə müharibədə qalib gələ bilməzsiniz. Düşünürəm ki, biz Ukraynaya lazım olan hər şeyi verməliyik”, - xanım Fredriksen iddia edib. Siyasətçi bildirib ki, onlar tarixi yenidən yaza bilməzlər, amma bir neçə il əvvəl Ukraynaya NATO üzvlüyü versəydilər, avropa liderlərinin Mühündəki lançı olmazdı, yəni bu problemi həll edərdilər. Sahil İsgəndərov

AzVision.az Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
10
1
azvision.az

2Источники