Azertag saytından verilən məlumata görə, ain.az xəbər verir.
Bakı, 16 fevral, AZƏRTAC
Türkiyənin "Gənclərbirliyi" komandasının yeni baş məşqçisi bəlli olub.
AZƏRTAC "NTV Spor"a istinadən xəbər verir ki, Superliqa təmsilçisi Levent Şahinlə anlaşıb.
Uzun illər "Qalatasaray"da Fatih Terimin köməkçisi vəzifəsində çalışan mütəxəssis Ankara təmsilçisində Mətin Diyadini əvəzləyəcək.
Qeyd edək ki, Superliqanın son turunda öz meydanında “Rizəspor”la 2:2 hesablı heç-heçə edən "Gənclərbirliyi" 23 xalla turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.