RU

Amedspor baş məşqçi Sinan Kaloğlu ilə yollarını ayırdı

Mia.az saytından alınan məlumata görə, ain.az bildirir.

Super Liqaya yüksəlmək üçün mübarizə aparan 1-ci Liqa komandası "Amedspor" baş məşqçi Sinan Kaloğlu ilə yollarını ayırıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, klub bununla bağlı açıqlama yayıb.

Açıqlamada deyilir:

"Axşamkı görüşdən sonra A Komandasının məşqçisi Sinan Kaloğlu və məşqçi heyəti ilə yollarımızı ayırmaq qərarına gəldik. Sinan Kaloğlu və komandasına verdikləri töhfələrə görə təşəkkür edir və gələcək karyeralarında uğurlar arzulayırıq."

Sinan Kaloğlu 17 matçda 10 qələbə, 4 heç-heçə və 3 məğlubiyyət qazanıb.

Fərid

MİA.AZ

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
24
mia.az

1Источники