RU

Peskov Medinskinin Əbu Dabidə danışıqlarında olmamasını izah edib

ain.az xəbər verir, Xalqcebhesi saytına əsaslanaraq.

Rusiya Prezidentinin köməkçisi Vladimir Medinskiy Ukrayna üzrə Rusiya nümayəndə heyətinin rəhbəri olaraq qalır və qalacaq. O, Əbu-Dabidəki raundlarda iştirak etməyib, çünki orada əsasən təhlükəsizlik məsələləri müzakirə olunub.

Xalqcebhesi.az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə bildirib.

Kremlin sözçüsü bildirib ki, "Gəlin Rusiya Prezidenti Vladimir Putinin Medinskinin Rusiya danışıqlar heyətinə rəhbərlik edəcəyi ilə bağlı dəfələrlə verdiyi açıqlamaları xatırlayaq. Putin bu açıqlamanı Əbu-Dabidə keçirilən birinci raunddan əvvəl, raund zamanı və sair zamanlarda verib. Buna görə də, Medinski danışıqlar heyətimizin rəhbəri olaraq qaldı. Onun əvvəlki iki raundda iştirak etməməsinin səbəbi onların təhlükəsizlik məsələlərinə, birbaşa orduya təsir edən məsələlərə yönəlməsi idi".

Məryəm Quliyeva

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
36
icma.az

1Источники