RU

Dünyanın ən uzun ömürlü insanları onlardır

Dünyanın ən uzun ömürlü insanı Jeanne Calment olub. Metbuat.az xəbər verir ki, o, 122 il 164 gün yaşayıb. Məlumata görə, dünyanın ən uzun ömürlü insanı Fransanın Arles şəhərində ömrünü başa vurub. Jeanne Calment 1875-ci ildə anadan olub və 1997-ci ildə vəfat edib. Onun adı Ginnesin Rekordlar Kitabına düşüb. “Qızıl beşliy”ə aşağıdakı şəxslər daxildir: Kane Tanaka - Yaponiyalı Kane Tanakanın taleyinə 119 il 107 gün yaşamaq düşüb. Sarah Knauss - O, ABŞ-nin Pensilvaniya ştatında yaşayıb. Sarah Knaussun 119 il 97 gün yaşadığı rəsmi mənbələr tərəfindən təsdiqlənib. Franszı Lucile Randon 118 il 340 gün yaşayıb. “Qızıl beşlik”dəki sonuncu şəxs də yaponiyalıdır. Jiroemon Kimura 116 il 54 gün ömür sürüb.

Qeyd edək ki, dünyada yüz əlli, hətta daha çox yaşayan insanların olduğuna dair iddialar mövcudur. Məsələn, macarıstanlı Ksartelin 185 il yaşadığı iddia olunur. Amma ortada bu iddianın doğruluğunu təsdiqləyən heç bir sənəd yoxdur.

Избранный
30
1
metbuat.az

2Источники