RU

İki institut arasında onlayn formatında işgüzar görüş

Xalqcebhesi saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Şərqi Anadolu Kənd Təsərrüfatı Tədqiqat İnstitutu ilə Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu arasında onlayn formatda işgüzar görüş təşkil olunub.

Görüş zamanı hər iki qurumun rəhbərləri – Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun direktoru, professor İbrahim Cəfərov və Şərqi Anadolu Kənd Təsərrüfatı Tədqiqat İnstitutunun direktoru Erdal Daşçı rəhbərlik etdikləri institutların fəaliyyəti, əsas elmi istiqamətləri, həyata keçirilən tədqiqat layihələri və kadr potensialı barədə qarşılıqlı məlumat veriblər. Təqdimatlar çərçivəsində prioritet elmi sahələr və əməkdaşlıq üçün perspektivli istiqamətlər diqqətə çatdırılıb.

Müzakirələr zamanı bitki mühafizəsi, zərərli orqanizmlərə qarşı inteqrir idarəetmə tədbirləri, texniki bitkilərin seleksiyası və məhsuldarlığın artırılması sahələrində əməkdaşlıq imkanları geniş şəkildə nəzərdən keçirilib. Eyni zamanda, elmi təcrübə mübadiləsi, birgə tədqiqat layihələrinin hazırlanması və institusional əməkdaşlığın inkişaf etdirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Görüşün sonunda ortaq elmi maraq doğuran istiqamətlərin mövcudluğu vurğulanıb və qarşılıqlı əməkdaşlığın qurulması istiqamətində ilkin razılıq əldə olunub.

Cavid

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
117
icma.az

1Источники