RU

Azərbaycan ilə kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi sahəsində əməkdaşlığı genişləndirməyə hazırıq - BƏƏ-li nazir

Bakı. Trend:

Bu gün BƏƏ və Azərbaycan strateji münasibətlərdən zövq alır,xüsusilə də iki ölkə arasında Hərtərəfli Strateji Tərəfdaşlıq üzrəƏməkdaşlıq sazişinin imzalanmasından sonra münasibətlərimiz daha dainkişaf mərhələsinə qədəm qoyub.

Trend xəbərverir ki, bunu Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) İqlimDəyişikliyi və Ətraf Mühit naziri Amna Aldahak Al Shamsi bu günBakıda keçirilən Azərbaycan – BƏƏ qida və kənd təsərrüfatı üzrətədbir çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, BƏƏ-Azərbaycan qeyri-neft ticarətinin həcmi 2,4milyard ABŞ dollarına çatıb və keçən il 43 faiz artım müşahidəolunub:

"Eyni zamanda BƏƏ və Azərbaycandan olan investisiyaların ümumihəcmi 1 milyard ABŞ dollarını təşkil edir. Hərtərəfli StratejiTərəfdaşlıq üzrə Əməkdaşlıq sazişi və davam edən danışıqlarsayəsində biz bunu xüsusilə kənd təsərrüfatı və ərzaq sektorundadaha da inkişaf etdirməyi hədəfləyirik.

Bugünkü tədbir – kənd təsərrüfatı və ərzaq biznesi üzrə dəyirmimasa – çərçivəsində BƏƏ müxtəlif maraqlı tərəfləri, o cümlədənmilli hökumət nümayəndələrini, şirkətləri və özəl sektoru bir arayagətirib. Bu dəyirmi masanın əsas məqsədi müzakirələri başlatmaq,imkanları müəyyənləşdirmək və bu imkanları Azərbaycan və BƏƏ üçünkonkret və əhəmiyyətli layihələrə çevirməkdir. Bu müzakirələrçərçivəsində BƏƏ-dən Silal, LULU, EFCO, Al-Dahra kimi əsasoyunçular və həmçinin Qida və İçki Biznes Qrupu Azərbaycantərəfdaşları ilə görüşlər keçirib.

Biz bu müzakirələri izləməyi, onların irəliləyişini təmin etməyivə qarşılıqlı məqsədlərimizə çatmaq üçün addımlar atmağıplanlaşdırırıq"

Nazir vurğulayıb ki, BƏƏ və Azərbaycanın kənd təsərrüfatı vəərzaq biznesində güclü tərəfləri var və bu gücləri əməkdaşlığıgenişləndirmək üçün istifadə etmək mümkündür:

"Azərbaycan kənd təsərrüfatında güclüdür, BƏƏ isə yüksəktexnologiyalı, ağıllı kənd təsərrüfatına və güclü logistikaimkanlarına malikdir ki, bu da əməkdaşlıq vasitəsilə yenibazarların açılmasına kömək edə bilər.
Biz bu müzakirələri konkret layihələrə çevirməyi, həm Azərbaycanda,həm də BƏƏ-də onların nəticələrini qeyd etməyi hədəfləyirik.Bugünkü danışıqların başlanğıcını qoyduğumuz tərəfdaşlarlagələcəkdə də əməkdaşlığı davam etdirmək niyyətindəyik".

"BƏƏ olaraq biz müxtəlif sahələrə, təzə məhsullardan tutmuşheyvandarlıq, ət məhsulları və südçülük məhsullarına qədər diqqətyetiririk. Əməkdaşlıq sahələrini prioritetləşdirəcəyik və buəməkdaşlığı düzgün iş ortaqları ilə həyata keçirəcəyik. Buna görədə hər iki ölkənin biznes oyunçularını eyni masada toplamaq vacibidi ki, müzakirələr başlasın və yaxın gələcəkdə reallaşsın", -nazir fikrini yekunlaşdırıb.

Избранный
90
1
az.trend.az

2Источники