Mediada Misli premyer-liqasının oyunlarını əsas yayınçı kanal “CBC Sport”la yanaşı, “İdman TV”nin də göstərəcəyi ilə bağlı məlumatlar yayılıb.
Deyilənlərə inansaq, bu barədə iki idman telekanalı arasında razılıq əldə olunub. “Football-plus.az” bu barədə “CBC Sport”un baş redaktoru Şəmsəddin Abbasovla əlaqə saxlayıb. O, “İdman TV”dən heç bir müraciət daxil olmadığını bildirib.
Qeyd edək ki, “CBC Sport” 2015-ci ildən ölkədaxili oyunları müntəzəm yayınlayır.
MÜZƏFFƏR QULUZADƏ
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта