RU

Bu üsulla qoxunuzu unudulmaz edin

Gündəlik istifadə olunan ətirlərin qoxusunun tez itməsi bir çox insanı narahat edən əsas məsələlərdən biridir. Ancaq ətirin qalıcılığı yalnız onun keyfiyyətindən deyil, tətbiq qaydasından da birbaşa asılıdır.Metbuat.az-ın məlumatına görə, bir neçə üsulla qoxunun ömrünü daha da uzatmaq mümkündür. Belə ki, ətirin daha uzun müddət qalıcı olması üçün ilk növbədə onu nəmli dəriyə vurmaq lazımdır. Duşdan sonra və ya yüngül nəmləndirici krem istifadə edildikdə qoxu dəriyə daha yaxşı hopur və buxarlanma prosesi ləngiyir. Quru dəri isə əksinə, qoxunun tez itməsinə səbəb olur.Qoxunun daha effektiv yayılması üçün ətiri bədənin nəbz nöqtələrinə tətbiq etmək məsləhət görülür. Boyun, bilək, qulaq arxası və dirsək içi kimi nahiyələr daha isti olduğu üçün ətirin notları bu sahələrdə daha uzun müddət hiss olunur. Bununla yanaşı, tətbiqdən sonra biləkləri bir-birinə sürtməmək vacib sayılır, çünki bu hərəkət ətirin qoxu molekullarını parçalayaraq qalıcı təsirini zəiflədir.Bundan əlavə, ətiri təkcə dəriyə deyil, paltar və saçlara da tətbiq etmək qoxunun qalma müddətini artıra bilər. Parça və saç lifləri qoxunu daha uzun saxlayır, lakin nəzərə almaq lazımdır ki, bəzi parfümlər paltarda ləkə yarada bilər.Eyni qoxu xəttinə aid duş geli və bədən losyonu ilə birlikdə istifadə olunan ətirlərin qalıcı effekti daha güclü olur. Bu üsul qoxunun qat-qat möhkəmlənməsinə kömək edir və gün ərzində daha stabil qalmasını təmin edir.Həmçinin ətirin düzgün saxlanma şəraiti də onun keyfiyyətinə təsir edən əsas amillərdəndir. Günəş şüası və yüksək temperatur qoxunun tərkibini zəiflədir. Sərin və qaranlıq mühitdə saxlanılan ətirlər isə öz xüsusiyyətlərini daha uzun müddət qoruyur.Qeyd edək ki, parfümün çox püskürdülməsi qoxunun qalıcı olacağı anlamına gəlmir. Əksinə, düzgün seçilmiş bir neçə püskürtmə həm daha balanslı qoxu yaradır, həm də gün boyu davamlı effekt verir.

Sevinc İbrahimzadə / Metbuat.az

Избранный
81
metbuat.az

1Источники