Qırğız Respublikasının Prezidenti Sadır Japarov 3 naziri vəzifəsindən azad edib.
"Unikal" xəbər verir ki, bu barədə Qırğızıstan dövlət başçısının Mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Boobek Ajikeyev fövqəladə hallar naziri, Meder Maşiyev təbii sərvətlər, ekologiya və texniki nəzarət naziri, Absattar Sırqabayev isə nəqliyyat və rabitə naziri vəzifəsindən azad ediliblər.
Nazirlərin hansı səbəbdən işdən çıxarıldığı məlum deyil. Qeyd olunur ki, Qırğızıstan lideri işdən çıxarılan nazirlərin yerinə müvəqqəti nazirlər təyin edib.
Belə ki;
Fövqəladə Hallar Nazirliyi — Urmatbek Şamırkanov (Fövqəladə Hallar nazirinin müavini)
Nəqliyyat Nazirliyi — Talantbek Soltobayev (əvvəllər Nəqliyyat nazirinin birinci müavini olub)
Təbii sərvətlər, ekologiya və texniki nəzarət naziri — Akıl Toktobayev (Dövlət Geologiya Agentliyinin direktoru).