Villası yanan iş adamı diaspor rəhbəri imiş - Foto
Ötən gün Ağstafada 3 mərtəbəli ev yanıb və məlum olub ki, sözügedən villa iş adamı Mahir Kərim oğlu Xanəhmədova məxsusdur.BUTA.TV Unikal.az-a istinadən xəbər verir ki, Mahir Xanəhmədov eyni zamanda Surqutdakı Xantı-Mansi Muxtar Dairəsi-Yuqra Diasporunun rəhbəri və "Azərbaycan-Surqut" regional milli-mədəni ictimai təşkilatının sədridir. İş adamı ötən il Rusiyada diaspor rəhbəri təyin olunub.