ain.az bildirir, Qol.az portalına istinadən.
Vüsal Albaniyada daha bir qol vurdu
Azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin çıxış etdiyi “Partizani” Albaniya Superliqasında 24-cü turun oyununa çıxıb.
QOL.az xəbər verir ki, onun komandası evdə “Tirana” ilə qarşılaşıb.
“Partizani” bu oyunda 2:0 hesablı qələbə qazanıb. İsgəndərli meydana start heyətdə çıxıb. Azərbaycanlı yarımmüdafiəçi 37-ci dəqiqədə komandasının ikinci qolunu vurub. Bu, onun mövsümdə 5-ci qoludur. Vüsal 72-ci dəqiqədə əvəzlənib.
Qeyd edək ki, “Partizani” hazırda turnir cədvəlində 33 xalla 5-ci yerdədir.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.