RU

Çinli turistlər Rusiyada "qar əsirliyi"ndə: Ancaq varlılar xilas edilir

Murmansk vilayətinə şimal işıqlarını axtarmağa gəlmiş yüzlərlə çinli turist Teriberka kəndində qar fırtınasına düşüb. Güclü qar fırtınası kəndi materiklə birləşdirən yeganə yolu iki gündür iflic vəziyyətinə salıb.

Publika.az xəbər verir ki, bu barədə "Mash" "Telegram" kanalı məlumat yayıb.

Bildirilir ki, insanlar tıxaclarda ilişib qalıb. Qar əsirliyindən qurtulmaq üçün vertolyotda yer tutmaq üçün on minlərlə rubl (1000 Rusiya rublu 22 Azərbaycan manatına bərabərdir) ödəməyə hazırdır.

Teriberkanın özü hazırda təxminən 480 ziyarətçi qəbul edir ki, onların da böyük əksəriyyəti Çin vətəndaşı olmaqla, 343-ü əcnəbidir. Bəzi turistlər yerli məktəb və otellərdə yerləşdirilib.

Şahidlər bildirib ki, məktəb nəhəng bir yataqxanaya çevrilib: dəhlizlər və sinif otaqları insanlarla doludur, yataq yerləri birbaşa döşəmədə, hətta pəncərələrin üstündə qurulub. Çindən gələn qonaqlar isə vəziyyətə soyuqqanlı yanaşır, onlar gimnastika döşəklərindən istifadə edirlər.

Избранный
105
publika.az

1Источники