RU

"35 yaşıma kimi həkim ərə getməyimə İCAZƏ VERMİR"

"Miss Azərbaycan" Səmra Hüseynova "Öz aramızda" verilişində səsləndirdiyi fikirlərlə gündəmə gəlib.
 
Model uşaqlıq travmaları, şəxsi münasibətləri və OKP (obsesiv-kompulsiv pozuntu) ilə bağlı açıqlamaları ilə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
 
Səmra bildirib ki, həyatının yarısı psixoloji travmalar fonunda keçib. Onun sözlərinə görə, münasibətlərində dəfələrlə ciddi görünən təkliflərlə qarşılaşsa da, sonradan müxtəlif bəhanələrlə tərk edilib. "Əvvəl evlilik təklifi edirlər, sonra '3 ay görüşək' deyib vaxt uzadırlar. Daha sonra isə müxtəlif səbəblər gətirib münasibətdən uzaqlaşırlar", - deyə o vurğulayıb.
 
Model sevgi və ailə mövzusunda da diqqətçəkən fikirlər səsləndirib. O, hesab edir ki, əgər münasibətin başlanğıcında ailə qurmaq niyyəti yoxdursa, sevgi zamanla sönür: "Sevginin müddəti var, təxminən üç ilə qədər davam edir. Daha sonra münasibət övlad üzərində qurulur və ailə bu səbəbdən dağılmır".
 
Səmra Hüseynova nevropatoloqunun ona 35 yaşına qədər ailə qurmamağı və ciddi münasibətdən uzaq durmağı tövsiyə etdiyini də açıqlayıb. Onun sözlərinə görə, bəzi insanlar belə bir xəstəliyin mövcudluğunu inkar etsə də, OKP real psixoloji pozuntudur və travmalar nəticəsində yarana bilər. "Kimsə toxunduqda belə şüuraltı travma işə düşür", - deyə model qeyd edib.
 
Verilişdən sonra yenidən həkimə müraciət etdiyini bildirən Səmra müalicə prosesinin 35 yaşında başa çatacağını deyib. O əlavə edib ki, hazırkı psixoloji vəziyyəti ilə ailə qurarsa, yaşadıqlarının övladına da təsir edə biləcəyindən ehtiyat edir.
 
Onun bu etirafları sosial mediada birmənalı qarşılanmayıb. Bəzi izləyicilər açıqlamaları səmimi qiymətləndiriblər, digərləri isə səsləndirilən fikirlərlə razılaşmadıqlarını bildiriblər. /Milli.az/
 
Избранный
20
3
moderator.az

4Источники