RU

İlhamə Quliyevanın ailəsi apellyasiya verəcək

Xəbər verdiyimiz kimi, Xalq artisti İlhamə Quliyevanın bacısı İradə Həsənovanın qızı Nigar Həsənova həbs edilib.

Publika.az xəbər verir ki, məsələ ilə bağlı N.Həsənovanın vəkili İlqar Rüstəmov Axşam.az-a açıqlama verib. O bildirib ki, N.Həsənovanın işi ilə bağlı Bakı Apellyasiya Məhkəməsinə müraciət edəcəklər:

"Nigar Həsənova ilə bağlı cinayət məcəlləsinin 178.3.2 madəsi ilə cinayət işi başladılıb və həmin maddə ilə ittiham verilib. Əvvəllər barəsində həmin maddə üzrə qətimkan tədbiri qismində həbs edilməsi üçün Nərimanov Rayon Məhkəməsi və Bakı Apellyasiya Məhkəməsinə müraciətlər edilib. Lakin hər iki məhkəmə həbsi seçmirdi. Sonradan istintaqın davam etdirilməsi Bakı Şəhər Baş Polis İdarəsinə göndərilib. Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən vəsatətlə bağlı Şəhər Prokurorluğuna və Xətai Rayon Məhkəməsinə həbsin seçilməsi üçün təqdimatla müraciət olunub. Xətai Rayon Məhkəməsi tərəfindən həbs qərarı verilib. Lakin buna baxmayaraq, biz hesab edirik ki, Nigar Həsənovanın cinayət tərkibi yoxdur. Bu, mülkü borc məsələsidir. Faiz müqabilində yığılan borcdur. Bununla bağlı tərəfimizdən apellyasiya şikayəti veriləcək".

Vəkil bildirib ki, ailə N.Həsənovanın işində mərhum Xalq artisti İlhamə Quliyevanın adının hallandırılmasından narahatdır:

"Zərərçəkmiş şəxslərdən bəziləri Nigar Həsənovanı mərhum Xalq artisi İlhamə Quliyeva ilə əlaqələndirib məsələni yayıblar. Onların qohumluq əlaqəsi ola bilər. Amma bunun İlhamə Quliyevaya aiddiyatı yoxdur. Məqsədli şəkildə edilir. Bununla bağlı ailə məhkəməyə müraciət edəcək".

Избранный
106
10
publika.az

10Источники