RU

Qaraciyər əməliyyatından sonra görüntüsü - FOTO

Qaraciyər transplantasiyası əməliyyatı keçirmiş türkiyəli aktyor Ufuk Özkan, bir müddətdir xəstəxanada müalicə alır.

Ölkə.az xəbər verir ki, son günlərdə onun reanimasiyaya yerləşdirildiyi iddiaları ortaya çıxıb.

Buna cavab olaraq, Özkan öz sosial media hesabından bir açıqlama videosu paylaşıb və vəziyyətinin yaxşı olduğunu bildirib:

"Dostlar, salamlar. Axşamınız xeyir. İnstaqramda bir sıra xəbərlərə rast gəldim, oxudum. Allah Allah! Tövbə əstağfurullah. Kim çıxarır bu xəbərləri? Çox şükür Allaha, biz sağlamıq, aslanlar kimiyik. Hər keçən gün daha da yaxşı oluruq. Reanimasiyaya alınıb, yaxud başqa şeylər – bunların heç biri doğru deyil. Baxın, canlı buradayam. Çox şükür.Xahiş edirəm buna inanmayın. Lazım gələrsə, lazım olan yerlərə cavab verərik. Allahınıza əmanət olun".

Ufuk Özkanın son vəziyyəti:

554857

Həmidə İbrahimova

Избранный
43
olke.az

1Источники