RU

MediHall Hospital da estetik əməliyyatdan sonra ölüm Araşdırma başladı

ain.az, Olke.az portalına istinadən məlumatı açıqlayır.

Bakının Binəqədi rayonunda qadının əməliyyat olunduğu xəstəxanada ölməsi ilə bağlı araşdırma parılır.

Bu barədə Ölkə.az-a Baş Prokurorluqdan məlumat verilib.

Baş Prokurorluğun Mətbuat xidmətinə daxil olmuş sorğulara cavab olaraq bildirilir ki, fevralın 10-da paytaxtın Binəqədi rayonu ərazisində yerləşən "MediHall Hospital"da əməliyyat olunmuş 1983-cü il təvəllüdlü Nigar İsmayılovanın 3 gün sonra həmin klinikada ölməsi faktı ilə bağlı Binəqədi rayon prokurorluğunda araşdırma aparılır.

Hadisənin səbəbi tam, hərtərəfli və obyektiv araşdırılaraq nəticəsi barədə müvafiq qərarın qəbul olunması təmin ediləcəkdir.

Xatırladaq ki, fevralın 10-da Səttar Bəhlulzadə küçəsində yerləşən "Medi Hall" hospitalda bədənşəkilləndirmə əməliyyatı edilən 1983-cü il təvəllüdlü Nigar İsmayılovanın vəziyyəti kəskin pisləşib.

Tibbi müdaxiləyə baxmayaraq, o, fevralın 13-də vəfat edib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
93
2
olke.az

10Источники