RU

Dünyanın ən sürətli liftləri 95 ci mərtəbəyə 43 saniyədə qalxır

Lent az saytına istinadən ain.az xəbər verir.

Çinin Quanqcou şəhərində yerləşən Guangzhou CTF Financial Centre binasında dünyanın ən sürətli lifti quraşdırılıb. Bu lift saatda 72 kilometr sürət yığaraq sərnişinləri cəmi 43 saniyəyə 95-ci mərtəbəyə çatdırır.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, Quanqcou şəhərinin ən hündür binası hesab olunan Guangzhou CTF Financial Centre 2016-cı ildə istifadəyə verilib.

Binanın hündürlüyü 530 metrdir. Tikili yerüstü 111, yeraltı isə 5 mərtəbədən ibarətdir. Lakin göydələnin əsas diqqət çəkən xüsusiyyəti onun miqyası deyil, burada quraşdırılmış iki supersürətli liftidir.

Yaponiyanın Hitachi şirkəti tərəfindən istehsal olunan bu ekspress liftlər dəqiqədə 1200 metr, yəni saatda təxminən 72 kilometr sürət yığa bilir. Bununla da əvvəlki rekordu geridə qoyaraq dünyanın ən sürətli lifti adını qazanıb. Əvvəlki rekord Tayvanda yerləşən Taipei 101 qülləsində quraşdırılmış və saatda 61 kilometr sürətə çatan Toshiba liftinə məxsus idi.

Göydələndə ümumilikdə 95 lift fəaliyyət göstərir. Onların arasında iki mərtəbəli kabinələr, sürətli və standart modellər də var. Ancaq məhz bu iki ekspress lift binanın texnoloji simvoluna çevrilib.

Mütəxəssislər bu lifti hazırlayarkən yüksək sürətlə yanaşı təhlükəsizlik və sərnişin komfortunu da təmin etməli olublar. Bunun üçün daimi maqnitli sinxron mühərriklərdən və çəkini azaldan kompakt dartma mexanizmlərindən istifadə edilib.

Lift kabinələri aerodinamik formada hazırlanıb ki, bu da yüksək sürət zamanı hava müqavimətini azaldır.

Təhlükəsizlik məsələsinə xüsusi diqqət yetirilib. Liftlər fövqəladə əyləcləmə zamanı yaranan 300 dərəcə Selsiyə qədər temperaturu dözə bilən xüsusi əyləc sistemləri ilə təchiz olunub.

Bundan əlavə, aktiv istiqamətləndirici rolik sistemi relslərdə yaranan ən kiçik vibrasiyanı belə izləyir və kabinənin hərəkətini sabitləşdirir.

Sürətli liftlərdə əsas problemlərdən biri də hava təzyiqinin qəfil dəyişməsidir ki, bu da sərnişinlərin qulaqlarında narahatlıq yarada bilər. Guangzhou CTF Financial Centre də bu məsələ hermetik kabinələr və avtomatik təzyiq tənzimləmə sistemi vasitəsilə həll olunub. Sistem 43 saniyəlik yol boyu hündürlük dəyişiminə uyğunlaşmağa kömək edir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
40
lent.az

1Источники