RU

“Yunayted” Naqelsmannla danışıqlara başladı


“Mançester Yunayted” Almaniya millisinin baş məşqçisi Yulian Naqelsmannla danışıqlara başlayıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Topskills Sports UK” nəşrinə istinadla məlumat yayıb.
Nəşrin məlumatına görə, Naqelsmannla danışıqlar ilkin mərhələdədir.
Klub rəhbərliyi inanır ki, Naqelsmann Yurgen Kloppun “Liverpul”dakı əfsanəvi uğurunu təqlid edərək, Premyer Liqada dominantlıq edə biləcək növbəti alman məşqçi ola bilər.
Danışıqlar klubun kadr məsələləri üzrə derektoru Kristofer Uivellin güclü təzyiqi fonunda baş verir. O, xüsusilə, alman mütəxəssisin taktiki yanaşmasını yüksək qiymətləndirir.
Lakin Bruno Fernandes də daxil olmaqla, əsas oyunçular hazırkı müvəqqəti baş məçqçi Maykl Kerriki dəstəkləyirlər.
Избранный
21
1
yeniavaz.com

2Источники