RU

10 mindən artıq tələbə təlim proqramlarına cəlb edilib - Fərid Osmanov

Bakı.Trend

“IT SkillSprint” beynəlxalq təhsil proqramı intensiv təlim vəinkişaf proqramının nümunəsidir.

Trend xəbərverir ki, bu fikirləri İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyininsədri Fərid Osmanov “IT SkillSprint” proqramının açılış mərasimindədeyib.

Agentlik sədri bildirib ki, Prezident İlham Əliyev tərəfindən 11fevral tarixində keçirilən və rəqəmsallaşma, süni intellekt,kibertəhlükəsizlik və innovativ ekosistemin inkişafına həsr olunmuşmüşavirədə bu istiqamətdə mühüm tapşırıqlar verilib.

“Yeni rəqəmsal inkişaf arxitekturasında ən vacib elementlərdənbiri güclü insan kapitalıdır. Rəqəmsallaşma yalnız texnolojiinfrastrukturun qurulması və ya tətbiqlərin hazırlanması deyil.Əsas məsələ həmin texnologiyaları yaradan, inkişaf etdirən, davamlışəkildə idarə edən bilikli, bacarıqlı və yüksək ixtisaslı insanresurslarının formalaşdırılmasıdır. Bu gün insan kapitalı stratejiinkişafın fundamental dayağıdır. Məhz bu məqsədlə İRİA dövlətqurumları ilə birgə bu proqramı ərsəyə gətirib”.

F.Osmanov qeyd edib ki, rəqəmsallaşma dövründə yalnız nəzəribiliklər deyil, praktik bacarıqların formalaşdırılması xüsusiəhəmiyyət daşıyır. Real layihələrdə və simulyasiya mühitlərindəiştirak tələbələrin əmək bazarına hazır şəkildə çıxmasına imkanyaradır.

“Ötən dövrdə 10 mindən artıq tələbə müxtəlif təlim proqramlarınacəlb edilərək əmək bazarına təqdim olunub. Bəzi tərəfdaşlıqlayihələrimizdə işə qəbul göstəricisi artıq 90 faizə çatır.

“IT SkillSprint” proqramı proqramlaşdırma, kibertəhlükəsizlik,süni intellekt və "DevOps" və infrastruktur kimi əsas istiqamətləriəhatə edir. Altı ay davam edəcək proqram fevral ayında başlayaraqiyul ayına qədər davam edəcək. Dövlət qurumlarının vəuniversitetlərin dəstəyi ilə kreditlərin qarşılıqlı tanınmasıimkanı yaradılıb. Məqsədiniz maksimum dərəcədə təlimə fokuslanmaqvə təqdim olunan nəzəri və praktik biliklərdən tam yararlanmaqolmalıdır”.

Məqalədə:
Избранный
124
az.trend.az

1Источники