Azpolitika.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Ukraynadakı müharibənin 2026-cı ildə bitməsi ehtimalı azdır.
“AzPolitika” xəbər verir ki, bunu ABŞ-nin Avropadakı ordusunun keçmiş komandanı, məşhur general Ben Hoces “Novini.LIVE”-a verdiyi açıqlamada deyib.
Müharibənin bu il bitməsi ehtimalına dair suala cavabında Hoces deyib: "Xeyr. Ruslar bunda maraqlı deyillər”.
Hoces hesab edir ki, ruslar yalnız məcbur edildikdə atəşkəsə razılaşacaqlar: "Təəssüf ki, ABŞ hökumətinin onlara bu cür təzyiq göstərdiyini görmürəm".
General əlavə edib ki, ruslar "Avropaya hörmət etmirlər" və ciddi təzyiq altında qalana qədər Rusiya Ukraynaya qarşı müharibəni davam etdirəcək.
Qeyd edək ki, bundan öncə ABŞ Dövlət katibi Marko Rubionun dediyinə görə, Rusiyanın Ukraynaya qarşı müharibəsi "ənənəvi məğlubiyyət"lə bitməyəcək və Moskva strateji məqsədlərinə çata bilməyəcək.
“AzPolitika.info”
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.