RU

“Zirə” Rəşad Sadıqovla 100-cü qələbəsinə sevindi – ARENA.AZ

Futbol üzrə Azərbaycan çempionatının (Premyer Liqa) 20-ci turunda “Karvan”ı qəbul etmiş “Zirə” 1:0 hesabı ilə qalib gəlib.

Arena.az xəbər verir ki, bu qələbə qəsəbə təmsilçisi üçün ikiqat yubileylə əlamətdar olub.

Bakı klubu tarixində 100-cü ev qələbəsini qazanıb. 2014-cü ildə yaradılmış paytaxt təmsilçisi öz meydanındakı 205-ci görüşdə “100”ə çatıb. Komanda Premyer Liqada 76, ölkə kubokunda 12, Birinci Divizionda 9, avrokuboklarda 3 ev matçını qalib kimi başa vurub. İlk belə oyun isə 2014-cü il sentyabrın 9-da MOİK-lə Birinci Divizionun startına təsadüf edib – 1:0.

“Zirə” həm də Rəşad Sadıqovun baş məşqçi olduğu dövrdə 100-cü qələbəsini qazanıb. Bu müddətdə ümumilikdə 220-ci sınağa çıxmış komanda Premyer Liqada 82, ölkə kubokunda 14, avrokuboklarda 4 dəfə sevinib. Sadıqovun “qartallar”la ilk qələbəsi 2020-ci il sentyabrın 12-də Premyer Liqanın “Səbail”lə səfər qarşılaşmasına təsadüf edib – 2:1.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Избранный
18
13
arena.az

10Источники