RU

Parisdə "Epşteyn işi" üzrə araşdırma başladı

Fransada prokurorluq ABŞ-də azyaşlı qızlara qarşı fahişəlik şəbəkəsi qurmaqda ittiham olunan və məhkəmə prosesi zamanı həbsxanada ölü tapılan milyarder Ceffrey Epşteynlə bağlı sənədlərdə Fransa vətəndaşlarının törətmiş ola biləcəyi cinayətləri araşdırmaq üçün xüsusi qrup yaradıb.

"Cebheinfo.az" xəbər verir ki, Fransanın RFI radiosunun yaydığı məlumata görə, Paris Prokurorluğu ABŞ-də ictimaiyyətə açıqlanan 3 milyondan çox Epşteyn sənədi ilə bağlı yeni qərar qəbul edib.

Paris Prokurorluğu bildirib ki, sözügedən sənədlərdə Fransa vətəndaşlarının mümkün cinayət əməllərini araşdırmaq məqsədilə xüsusi istintaq qrupu formalaşdırılıb.

Prokurorluq, həmçinin 2022-ci ildə həbsxanada vəfat edən və adı Epşteyn sənədlərində keçən keçmiş model agentliyi rəhbəri Jan-Lük Brunel barəsində istintaq materiallarının yenidən nəzərdən keçiriləcəyini açıqlayıb.

Paris Prokurorluğu Milli Maliyyə Prokurorluğu və Milli Məhkəmə Polisi İdarəsi ilə əməkdaşlıq çərçivəsində yeni Epşteyn sənədlərini araşdıraraq əlavə istintaq işlərinin açılmasının mümkünlüyünü dəyərləndirdiyini bildirib.

Qeyd edək ki, Brunel uşaqlara və modellərə qarşı cinsi zorakılıqda da ittiham olunurdu və Fransada həbsdə saxlanıldığı həbsxanada 2022-ci ildə ölü tapılmışdı.

Избранный
29
1
cebheinfo.az

2Источники