RU

“Mən çox çalışsam belə, bunu edə bilmərəm, o isə 45 yaşına qədər oynaya bilər”.

“Milan”ın hücumçusu Kristofer Nkunku 40 yaşlı komanda yoldaşı Luka Modriç haqqında fikirlərini bölüşüb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, xorvatiyalı futbolçunun unikal oyunçu olduğunu deyib:

“Modriç unikal və inanılmaz oyunçudur. Ayağının çöl tərəfi ilə inanılmaz ötürmələr verir.

Çox çalışsam belə, bunu edə bilmərəm. Düşünürəm ki, o, 45 yaşına qədər oynaya bilər”.

Modriç 2025-ci ilin yayında “Real”dan “Milan”a keçib və klubla 1 illik müqavilə imzalayıb. O, A Seriyasının bu mövsümündə 22 oyun keçirib, 1 qol vurub və 3 məhsuldar ötürmə edib.

Избранный
102
sportinfo.az

1Источники