RU

Müdafiə məhsulları şirkətinin rəhbəri bu il Ukraynada müharibənin bitəcəyinə inanmır

Almaniyanın müdafiə məhsulları şirkəti “Rheinmetall”ın baş direktoru Armin Papperger Ukraynadakı müharibənin 2026-cı ildə bitəcəyinə inanmır.

O, bu fikri Berlində yerləşən Table Media media platformasına verdiyi müsahibədə bildirib.

Papperger "Rusiya müharibənin bitməsində maraqlı deyil" iddiasını irəli sürüb. Bu baxımdan o, Ukraynaya davamlı yardımın vacibliyini vurğulayıb və şirkətinin Kiyevə əlavə hərbi texnika tədarük etməyə hazır olduğunu bildirib.

"Biz bir çox sahədə kömək edə bilərik. Hazırda Ukrayna ilə bağlanmış müqavilələrdə nəzərdə tutulduğundan daha çox sursat istehsal edirik", - deyə Papperger bildirib. O, əlavə edib ki, "bəzi sahələrdə Ukrayna Silahlı Qüvvələri üçün nəzərdə tutulan məhsulların hələ də maliyyəsi təmin edilməyib".

“Rheinmetall” rəhbərinin sözlərinə görə, şirkət Kiyevə daha çox "hava hücumundan müdafiə silahları, sursat və daha çox tank", eləcə də dronlar tədarük edə bilər.

Избранный
20
herbiand.az

1Источники