RU

Rusiyanı ayaqüstə saxlayan əsas Çindir

ain.az bildirir, Xalqcebhesi saytına əsaslanaraq.

Münhendə keçirilən Təhlükəsizlik Konfransında Çin Xarici İşlər Nazirliyi və Ukrayna nümayəndə heyəti arasında baş tutmuş görüş son dövrlər üçün Rusiya-Ukrayna müharibəsini sonlandıra biləcək nəticələr doğura bilər. Hərçənd ki, Çinin Rusiyanın arxasından çəkiləcəyi ehtimalı heç yoxdur.

Bunu xalqcebhesi.az-a politoloq Vüqar Dadaşov deyib.

"Analizlər göstərir ki, Münhendə baş tutan Çin-Ukrayna görüşü formal-diplomatik xarakterli deyil və belə bir görüşün baş tutmasında Böyük Britaniyanın birbaşa rolu və təsiri var.

Bir müddət əvvəl Böyük Britaniya baş naziri Kir Ştarmerin Çinə səfəri ilə bağlı yazımda baş nazirin Çinə səfərinin Çin-Rusiya, Çin-İran münasibətləri ilə bağlı olduğu ehtimalını qeyd etmişdim. Bəllidir ki, Rusiyanı Ukraynada müharibəni davam etdirməyə ayaq üstə saxlayan əsas Çindir. O da məlumdur ki, Çin Rusiya-Ukrayna müharibəsinin dayandırılmasında qəti maraqlı deyil. Müharibənin çox uzanması Çinin Rusiyanı həm ucuz xammalı, təbii ehtiyatları ilə, enerji daşıyıcıları ilə, ən əsası da əraziləri ilə mənimsəməyə strateji fürsət yaradır və davamiyyət Rusiyanın Çindən bir vassal formasında asılılığını dərinləşdirir.

Səbəblərdən biri kimi, ABŞ Çin faktoruna görə də məhz Rusiyanın Ukraynada məğlub olmasının əleyhinədir" - politoloq deyib.

Cavid

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
9
icma.az

1Источники