RU

Prezidentin Serbiyada ziyarət etdiyi heykəl kimindir? MARAQLI FAKTLAR KONKRET

Konkret.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Serbiya Respublikasında rəsmi səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva fevralın 15-də Belqraddakı Taşmaydan parkında Ümummilli Lider Heydər Əliyevin və görkəmli serb yazıçısı Milorad Paviçin abidələrini ziyarət ediblər.

KONKRET.az xəbər verir ki, keçmiş millət vəkili Etibar Əliyev bildirib ki, Milorad Paviç məşhur yuqoslav-serb şairi, proza ustası, posmodernizm və magik realizm cərəyanlarının nümayəndəsidir. O, “Xəzər sözlüyü” əsəri ilə dünya şöhrəti qazanıb.

Əsər lüğət strukturuna malikdir və özünün yazdığı kimi “bu roman leksikondur, özündə 100.000 söz ehtiva edir, əlifbadan asılı olaraq müxtəlif dillərdə müxtəlif cür bitir.” Bu kitab 1984-cü ildə kişi və qadın versiyalarında yazılıb və oxucu versiyanı seçməkdə azaddır. Paviç: “Məndən soruşurlar ki, kişi və qadın nüsxələri nə ilə fərqlənir? Məsələ burasındadır ki, kişilər kainatda dünyanı öz “mən”lərindən kənarda duyurlar, qadınlar isə kainatı öz daxili aləmlərində gəzdirirlər.”

E. Əliyev bildirib ki, “Xəzər sözlüyü” qırmızı, yaşıl, sarı olmaqla üç kitabdan ibarətdir. Hər kitab Xəzər xaqanlığı tarixinin müstəqil versiyasıdı. Kitabın süjetinin əsasında xəzərlərin dini mənsubiyyət məsələsi durur və oxucuya da bu məsləyə xristian, müsəlman və iudazim baxış acısından boylanmaq təklif edilir.

“Kitabxanama baxıram: Milorad Paviçin əsərləri sırasında “Belqradın bioqrafiyası” kitabını yüksək dəyərləndirirəm. Bu kitabdan: “Mən 1929-cu ildə anadan olmuşam. İlk dəfə mərmilər ətrafımıza düşəndə 12 yaşım var idi. İkinci dəfədə isə 15 yaşım tamam olmuşdu. Bu iki bombardmanların arasında işğal olunmuş ərazidə məcbur qalıb alman dilini öyrəndim. Biz ingilis-amerika bombardmançılarından xilas olduqdan sonra çar Rusiyasının ordusundan mühacir həyatı yaşayan bir rus zabitindən isə rus dilini öyrəndim. Bu gün mən başa düşürəm ki, xarici dilləri öyrənməklə tamam başqa adamlara çevrildim”.

Paviç yazır ki, yeni 100 illik onun üçün 1999-cu ildə başladı: “Həyatımda 3-cü dəfə bombardmanın şahidi oldum. NATO qoşunlarının Belqradı bombalamasını nəzərdə tuturam. Mən heç vaxt öldürmədim, ancaq məni ölümümdən xeyli əvvəl öldürdülər.”

Böyük yazıçı Yuqoslaviyanın bioqrafiyasını yazmaq üçün düşündürücü üslub seçib. Özünün dediyi kimi tez-tez dağıdılan Belqrad dünyanın ən qədim şəhərlərindən biridir və bu şəhərin bioqrafiyası yazılmalıdır. Düşünürəm ki, Şuşamızın da yeni “Bioqrafiya”sının yazılmasının vaxtı gəlib çatıb.

Kitabxanamda olan Paviçin 3-cü kitabının adı “Muşka”dır. Bu kitab gizlədilmiş nəsnələr və açarların köməyi ilə daşlarda, rənglərdə aşkarlanan qəribə və qorxulu sevgi öyüdləridir. Paviçə görə hər bir dövlətin öz dili var. Dilin isə öz qrammatikası. Romanın da dövlət kimi coğrafi xəritəsi var. Bu xəritə onun dilidir: “Yazılı dildə xəttilik danışıq dili üçün yetərli deyil. Ədəbi dil bizim fikirlərimizi, yuxularımızı, hislərimizi və xatirələrimizi özünün düzxətli sisteminə itələyir. Bu isə zəif sürətdir. Bütün bunlar qeyri-xətti təhkiyəni yaratmaq cəhdlərini artırır. Ədəbi təhkiyəni dilin xəttiliyindən xilas etməyin vaxtıdır”.

Bəli, Paviçi Serbiyada qeyri-xətti təfəkkürünə görə çox sevirlər…

Serblərlə dostluq etmək qürurvericidir”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
23
3
konkret.az

4Источники