RU

Zelenski: Ukrayna 2014-cü ilin səhvini təkrarlamayacaq və əraziləri verməyəcək » AzadMedia.az

Zelenski:
Ukrayna 2014-cü ildə buraxdığı səhvi təkrarlamayacaq və öz ərazilərini Rusiyaya sadəcə olaraq verməyəcək. Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Politico-ya müsahibəsində bildirib.

Zelenskinin sözlərinə görə, 2014-cü ilin əvvəlində Ukraynanın atdığı addımlar “ən başlanğıcda böyük səhv idi”. O, bir daha vurğulayıb ki, Rusiyanı yalnız təzyiq və güc dayandıra bilər.

“Putini öpüşlərlə, güllərlə və ya buna bənzər addımlarla dayandırmaq olmaz. Mənim hər kəsə məsləhətim budur – bunu etməyin. Əks halda bu, yalnız ilk addım olacaq. Beş il ərzində o, ordusunu yeniləyəcək, əsgərlərin sayını artıracaq və ordusu daha yaxşı təlim keçmiş olacaq”, – deyə Zelenski bildirib. O, bununla Vladimir Putin-ə münasibətdə güzəştli siyasətin nəticəsiz qalacağını ifadə edib.

Xatırladaq ki, Krım 2014-cü ilin martında Ukraynada baş verən hakimiyyət dəyişikliyindən sonra keçirilən referendumun nəticələrinə əsasən Rusiya Federasiyasına birləşdirilib. Rəsmi nəticələrə görə, Krımda seçicilərin 96,77%-i, Sevastopolda isə 95,6%-i Rusiyaya qoşulmanın lehinə səs verib. Daha sonra Rusiya Prezidenti Vladimir Putin bəyan edib ki, Rusiya 2014-cü ildə Krım sakinlərini dəstəkləməyə məcbur olub.

Избранный
80
1
azadmedia.az

2Источники