RU

Hər səhər limonlu su içməyə 5 səbəb

Son illər sağlam həyat tərzinə marağın artması ilə səhərlər acqarına limonlu su içmək bir çox insanın gündəlik vərdişinə çevrilib. Metbuat.az xəbər verir ki, mütəxəssislər bildirirlər ki, bu sadə görünən içki orqanizm üçün düşündüyünüzdən daha faydalıdır. Limon C vitamini ilə zəngindir və immun sistemini gücləndirərək orqanizmi virus və bakteriyalara qarşı daha davamlı edir. Xüsusilə mövsümi xəstəliklər zamanı limonlu su bədənin müdafiə mexanizmini aktivləşdirə bilər.Səhər saatlarında limonlu su içmək həzm sisteminin fəaliyyətini stimullaşdırır. Mədə turşusunun balanslaşmasına kömək edən bu içki qida həzmini asanlaşdırır və köp, qəbizlik kimi problemlərin qarşısını ala bilər.Limonlu su eyni zamanda təbii detoks effekti yaradır. Qaraciyərin fəaliyyətini dəstəkləyərək bədəndə toplanan zərərli maddələrin xaric olunmasına kömək edir.Antioksidantlarla zəngin olan limon dərinin daha parlaq və elastik görünməsinə səbəb olur. Daimi istifadə sızanaqların azalmasına və dərinin erkən qocalmasının qarşısının alınmasına kömək edə bilər.

Bundan əlavə, limonlu su maddələr mübadiləsini sürətləndirir və toxluq hissini artırır. Bu da gün ərzində daha az kalori qəbul etməyə və çəkiyə nəzarət etməyə kömək edir.

Избранный
32
metbuat.az

1Источники