RU

Botlara qarşı mübarizə: X yeni mexanizmləri işə saldı

ain.az, Oxu.az portalına istinadən məlumat yayır.

"X" sosial şəbəkəsi spam və avtomatlaşdırılmış aktivliyi, o cümlədən süni intellekt agentlərini aşkar etmək məqsədilə əlavə nəzarət mexanizmlərini işə salıb.

Oxu.Az xəbər verir ki, bu barədə şirkətin məhsul üzrə rəhbəri Nikita Bir öz "X" hesabında rəsmi açıqlama verib.

Şirkət rəsmisinin sözlərinə görə, yenilənmiş siyasət çərçivəsində istifadəçinin interfeyslə təsdiqlənmiş qarşılıqlı əlaqəsi - məsələn, ekrana toxunuşlar - qeydə alınmayan hesablar bloklanma riski ilə üzləşə bilər. Tətbiq edilən məhdudiyyətlər potensial olaraq həmin hesablara bağlı digər profillərə də şamil oluna bilər.

Bununla belə, "X" rəhbərliyi vurğulayıb ki, təşəbbüsün əsas məqsədi süni intellekt həllərini tamamilə qadağan etmək deyil, məhz spam və sui-istifadə halları ilə mübarizə aparmaqdır.

Xatırladaq ki, avtonom agentlərə maraq 2026-cı ilin yanvarında açıq mənbə kodlu "Clawdbot" layihəsinin təqdimatından sonra kəskin artıb. Layihə "OpenAI", "Anthropic" və "Google" daxil olmaqla müxtəlif tərtibatçıların modelləri əsasında süni intellekt botlarını işə salmağa imkan verir. "Anthropic" şirkətinin müraciətindən sonra layihənin adı əvvəlcə "Moltbot", daha sonra isə "OpenClaw" olaraq dəyişdirilib.

Populyarlıq dalğası fonunda istifadəçilər avtonom agentləri öz şəxsi "X" hesablarına qoşmağa və ya onlar üçün, əsasən əyləncə məqsədilə, ayrıca profillər yaratmağa başlayıblar.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
47
oxu.az

1Источники